İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycanda dörd səhmdar cəmiyyətinin səhmləri ixtisaslaşdırılmış pul hərracında satışa çıxarılır.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, hərrac 3-7 fevral tarixlərində keçiriləcək.
Məlumata görə, söhbət Bərdə Kəndkimya, Cəlilabad Şərab, Daşkəsən Aqrotexservis və Zabrat Tikinti Quraşdırma səhmdar cəmiyyətlərinin səhmlərindən gedir.
İxtisaslaşdırılmış pul hərracına çıxarılan səhmlərin sayı 13 107 ədəddən 50 685 ədədədək, bir səhmin nominal dəyəri isə 2-4 manat arası dəyişir.
Qeyd olunub ki, sifarişlərin qəbulu 2025-ci il 3-7 fevral tarixlərində saat 9.00-dan 18.00-dək Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında aparılır.
Səhmləri ixtisaslaşdırılmış pul hərracında satılacaq səhmdar cəmiyyətlər haqqında məlumatı təqdim edirik: