Azərbaycanda avtobus sürücüsü sərnişinə qarşı əxlaqsız hərəkət edib.
KONKRET.az xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarından bildirilib.
Gəncə şəhər sakini G.H. polisə zəng edərək bildirib ki, Bakı şəhərindən Gəncəyə getmək üçün əyləşdiyi mikroavtobusda naməlum iki sürücü Goranboy şəhəri ərazisində onun qızına əxlaqsız hərəkətlər edib.
Məsələ barədə Goranboy Rayon Polis şöbəsində araşdırma aparılır. /oxu.az/
