Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxdubackend

Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 293 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 220 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 826, bu günə qədər isə ümumilikdə 6 739 008 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*