Azərbaycanda dəfn xərcləri kimlərə şamil edilmir? – AÇIQLAMAbackend

Azərbaycanda dəfn xərcləri kimlərə şamil edilmir? - AÇIQLAMA

“Əmək pensiyaları haqqında” qanuna əsasən, əmək pensiyası vəfat edərsə, onun pensiya ödənişi növbəti ayın 1-nə kimi tam ödənilir”.

KONKRET.az xəbər verir ki, bunu “Sosial saat” verilişində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda dəfn xərcləri sığorta olunan və pensiya hüququ olan şəxslərə şamil edilir:

“Qanunvericiliyə əsasən, əmək pensiyası alan və sosial sığortası olan şəxs vəfat edərsə, həmin şəxsin ailə üzvünə dəfn xərcləri ödənilir. Dəfn xərcini çəkən şəxs müvafiq icra hakimiyyəti orqanından bu barədə arayış gətirərək Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir.

Bundan sonra həmin şəxsə dəfn xərci üçün birdəfəlik müavinət ödənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*