Şamaxı rayonunda hamilə qadın intihar edib.
KONKRET.az xəbər verir ki, hadisə Qaleybuğurt kəndində qeydə alınıb.
2001-ci il təvəllüdlü Quliyeva Səkinə Sədrəddin qızı yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.
S.Quliyeva dörd aylıq hamilə olub.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./oxu.az/
