Azərbaycanda ən aşağı temperatur bu bölgədə QEYDƏ ALINIBbackend

Azərbaycanda ən aşağı temperatur bu bölgədə QEYDƏ ALINIB

Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb.

KONKRET.az-ın məlumatına görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib.

İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda 13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub.

“Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur , Ordubadda bu gecə mənfi 2- 3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur mənfi 6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib”.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*