Azərbaycanda ən güclü bahalaşma bu regiondadırbackend

Azərbaycanda ən güclü bahalaşma bu regiondadır

2024-cü ildə Azərbaycanda sıfır faizə yaxın inflyasiya müşahidə edilsə də Naxçıvan Muxtar Respublikasında 4 faizdən çox bahalaşma qeydə alınıb.

KONKRET.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar-may ayları ərzində ölkəmizdə 0,6 faiz bahalaşma baş verib.

Amma Naxçıvanda bahalaşma sürəti 4,6 faiz təşkil edib. Başqa sözlə Naxçıvanda bahalaşma ölkə üzrə qeydə alınan bahalaşmadan 7,7 dəfə güclü olub. Azərbaycanın digər regionlarının heç birində belə yüksək bahalaşma qeydə alınmayıb.

Naxçıvan Muxtar Respublikasında inflyasiyanın digər regionlara nisbətən yüksək olması maraqlı faktdır. Çünki son bir-iki ilə qədər ölkəmizdə ən aşağı inflyasiya Naxçıvanda olurdu. Azərbaycanda 5-6 faiz inflyasiya qeydə alınanda Naxçıvanda 0-1 faiz səviyyəsində bahalaşma baş verirdi. Lakin indi vəziyyət əksinə dəyişib və Naxçıvanda qiymət artımları sürətlənib. Sfera.az

 

  • Ülviyyə
    İyun 19, 2024 - 12:10

    Talıbovun zamanında Naxçıvan hər yerdən ucuz idi. Çox heyif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*