Azərbaycanda icbari təhsilin müddətinin 11 ilə çatdırılması məsələsi hazırda müzakirə mövzusu hesab olunmur”.
Bu fikiri təhsil eksperti Elçin Əfəndi KONKRET.az-a açıqlamasında səsləndirib.

“Hazırda ölkədə icbari təhsil 9 illik ümumi orta təhsil pilləsini əhatə edir və bu mərhələdən sonra şagirdin təhsilini davam etdirib-etdirməməsi onun şəxsi seçiminə buraxılır. 9-cu sinfi bitirən şagirdlər müxtəlif istiqamətlər seçə bilirlər.
Şagird orta ixtisas təhsilinə yönələ, kolleclərə qəbul ola və ya təhsilini başqa istiqamətdə davam etdirə bilər. Bu model dünyanın bir çox ölkəsində tətbiq olunur. Əsas prinsip seçim imkanının qorunmasıdır”, – deyə ekspert qeyd edib.
Elçin Əfəndi vurğulayıb ki, təhsilin 11-ci sinfə qədər məcburi edilməsi bəzi şagirdlər üçün əlavə çətinlik yarada bilər.
“Hazırkı sistem şagirdlərə həm akademik, həm də peşə yönümlü seçim imkanı verir.İcbari təhsilin 11 ilə qaldırılması hazırda real müzakirə predmeti deyil və mövcud yanaşma şagirdlərin fərdi qərar verməsinə əsaslanır”.
Aynurə İsmayıl
KONKRET.az
