Azərbaycanda iş icazəsi olan əcnəbilərin sayı AÇIQLANDIbackend

Azərbaycanda iş icazəsi olan əcnəbilərin sayı AÇIQLANDI

Ötən ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5 287 nəfər olub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, onlardan 29,2 faizi tikintidə, 23,2 faizi mədənçıxarma sənayesində, 9,5 faizi emal sənayesində, 6,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,6 faizi təhsil və 20,6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*