Azərbaycanda pandemiya bir neçə aydır ki, bitib – AÇIQLAMAbackend

Azərbaycanda pandemiya bir neçə aydır ki, bitib – AÇIQLAMA 

Son günlər ölkəmizdə COVİD-19 infeksiyasına yoluxanların sayı kəskin azalıb. Bu gün cəmi beş nəfər yoluxma qeydə alınıb. Bir neçə gün əvvəl isə bu göstərici sıfır idi.

Yoluxanların minimum həddə düşməsi artıq pandemiyanın bitməsi deməkdirmi? Belə bir şəraitdə niyə bəzi karantin tələbləri hələ də qüvvədə qalır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, həkim-radioloq cavablandırıb. O bildirib ki, pandemiya artıq bitib:

“Pandemiya Azərbaycanda bir neçə aydır ki, bitib. Gündəlik 5-10 nəfərin yoluxması pandemiya demək deyil. Bu gün ölkəmizdə qripə yoluxanların sayı koronavirusa yoluxanların sayından daha çoxdur. Ona görə də biz pandemiyanı bitmiş hesab edirik. Bu mənada hesab edirəm ki, ölkəmizdə bütün karantin qaydaları ləğv edilməli və quru sərhədləri dərhal açılmalıdır. Quru yolu ilə səfər etmək istəyənlərin ölkədən çıxışı asanlaşdırılmalıdır. Lakin ölkəyə gələn qonaqları yoxlamaq lazımdır. Həmçinin, vaksin pasportu tələbi ləğv edilməlidir. Vaksin olmaq istəyən şəxslər könüllü olaraq vaksin oluna bilər”.

Həkimin sözlərinə görə, pandmeiyanın bitməsi üçün ÜST-ün raportunu gözləmək lazım deyil:

“Ümumdünya Səhiyyə Təşkilatı dünyada öz etibarını itirmiş bir təşkilatdır. Onlar bəzi məsələlərdə obyektiv yanaşma irəli sürür. Qurumun pandemiya dövründə bir neçə dəfə yanlış qərarlar verdiyinin şahidi olduq. ÜST əhali arasında panika yaradaraq insanları təşvişə saldı. İndi həmin qurumun pandemiyanın bitib-bitməməsinə dair rəylərinə güvənmək olmaz”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*