Azərbaycanda qadın evində diri-diri yandıbackend

Azərbaycanda qadın evində diri-diri yandı

Gədəbəy rayonunun Düz Rəsullu kəndində ümumi sahəsi 420 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 250 m² sahədə yanıb.

KONKRET.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1933-cü il təvəllüdlü Abbasova Kifayət Qədim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*