Xəbər verdiyimiz kimi, Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.
KONKRET.az xəbər verir ki, siqaret satışı ilə məşğul olan sahibkarlar bildiriblər ki, qiymət artımı “Tabaterra” QSC-yə aid olan “Winston”, LD, “Sobranie” və “Winchester” siqaretlərində olub.
Onların sözlərinə görə, bu gündən etibarən siqaretlərin qiymətlərində 20 qəpik artım olub. Digər siqaretlərdə də bahalaşma gözlənilir./trend/