Qubada Rusiya vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Səbətlər kəndində qeydə alınıb.
1965-ci il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı Xudayar Allahverdiyev yaşadığı fərdi yaşayış evinin dam örtüyünü sökən zaman tavanın çökməsi səbəbindən yıxılıb.
O, aldığı xəsarətlərdən ölüb.//APA
