Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı – FOTObackend

Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan KONKRET.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*