Vətəndaş cəmiyyəti quruculuğu prosesində kütləvi informasiya vasitələrinin xüsusi yeri və rolu var. 27 il əvvəl Azərbaycanda senzura ləğv edilib və azad söz, azad fikir bildirmək prosesi olduqca sadələşib. Deməli, demokratik islahatlar yolunda irəlləyən Azərbaycanda bu mərhələ uğurla davam etdirilir və hər bir kəsin fikir və söz azadlığından istifadə etmək hüququ təmin olunur. Yüzlərlə mətbuat orqanının fəaliyyət göstərdiyi Azərbaycanda qəzet, jurnal səhifələrində dərc olunan materallar tam sərbəstdir. Eyni zamanda elektron kütləvi informasiya vasitələrinə verilən sərbəstlik də demokratik prinsiplərə əsaslanır. Azərbaycanda internetdən istifadə əlçatandır. Bütün sosial şəbəkə polatformalından istifadəyə heç bir məhdudiyyət qoyulmayıb. İnsanlar internet resurslarından azad, sərbəst istifadə edir və öz fikirlərini rahat formada ifadə etməkdə azaddırlar.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasında bildirib ki, söz və məlumat azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə ən yüksək səviyyədə qorunur:
“Dövlətimiz də söz və məlumat azadlığının qorunması ilə bağlı üzərinə düşən bütün öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir. Bütn bunlar Azərbaycanın bu sahədəki gücünü və eyni zamanda mövqeyini ifadə edir. Həmçinin hər bir vətəndaş qanunlar və konstitusiya quruluşuna uyğun olaraq istənilən məsələ ilə bağlı özünün fərdi yanaşmasını və mövqeyini rahat formada təqdim etmək hüququna malikdir. Eyni zamanda plüralizmin ciddi şəkildə qorunması cəmiyyətimizdə müxtəlif fikirlərin rahat formada diskusiyalarla, müzakirələrlə ortaq bir qənaət hasil etməsinə səbəb olur. Plüralizm yüksək səviyyədə qorunur ki, dövlət və millətlə bağlı məsələlərdə həmrəylik duyğusu ən yüksək səviyəyə çata bilir. Bunun da ən bariz nümunərindən biri 44 günlük Vətən müharibəsində cəmiyyətimizin vəhdət şəklində hərəkət etməsiylə nətəcələndi. Plüralizm, söz və mətbuat azadlığı, insanların öz fikirlərini azad ifadə etmək imkanları bütün demokratik quruluşlarda olduğu kimi, Azərbaycanda da təmin olunur. Bütün bunlar demokratik dəyərlərə söykənir və insanlara öz fikirlərini azad şəkildə ifadə etməyə imkan yaradır. Bu isə hüquqi dövlət prinsipləri ilə üst-üstə düşür. Bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində öz sözü, öz çəkisi var. Qazandığımız uğurlar bir daha onu sübut edir ki, Azərbaycanda qanunun aliliyi ən yüksək səviyyədə təmin olunur. Bütün bunlar da ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə ən yüksək səviyyədə təsir göstərir”.
Vəli Həsənoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi mövzusuna uyğun olaraq dərc edilir”