Azərbaycanda “Sputnik V” peyvəndinin istifadəsi TƏSDİQLƏNDİbackend

Azərbaycanda “Sputnik V” peyvəndinin istifadəsi TƏSDİQLƏNDİ

Azərbaycanın Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Qeyd olunub ki, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub:

“Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*