Azərbaycanda təhsilin keyfiyyət göstəriciləri aşağıdır? – Nazir AÇIQLADIbackend

Azərbaycanda təhsilin keyfiyyət göstəriciləri aşağıdır? - Nazir AÇIQLADI

Azərbaycan kontekstində ümumi təhsilin əhatə dairəsi problemi, demək olar ki, həll edilib və bu, təxminən, 99%-dir.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.

O bildirib ki, bu göstəricilərə baxmayarq, təhsilin keyfiyyət göstəriciləri üzərində hələ də işlər görülməlidir: “Təhsilin erkən mərhələsinin ümumi və ali təhsilə təsirini nəzərdən keçirmək çox vacibdir. Müsbət təhsil nəticələri üçün, ilk növbədə, doğru investisiyalar tələb olunur”.

Nazir həmçinin qeyd edib ki, ölkədə 1-5 yaşlı uşaqların təhsildə iştirak səviyyəsi 12%-dən 38-39%-ə qədər artıb. “Hədəfimiz isə iki il ərzində bu göstəricini 50%-ə çatdırmaqdır”, – deyə E.Əmrullayev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*