Azərbaycanda televiziya rəhbərinə saxta mal satdılar: “Adamları aldatmaqla məşğuldurlar”backend

Azərbaycanda televiziya rəhbərinə saxta mal satdılar: "Adamları aldatmaqla məşğuldurlar"

“Qafqaz” televiziya kanalının rəhbəri Eltən Qədimbəyli “Rahat” marketlər şəbəkəsinə daxil olan mağazalardan birindən “İsmayıllı qatığı” alıb.

KONKRET.az xəbər verir ki, məhsulu evə gətirib istifadə etmək istəyərkən, istehlakçı qatığın kif bağladığını görüb: “Bu da bizim “moloçnik”in məhsulu, adamları aldatmaqla məşğuldurlar. Üzərindəki kənd görünüşlü kağızı da qoyublar ki, qatığın kifi görünməsin”.

Eltən Qədimbəyli market rəhbərlərinə səslənərək niyə belə məhsulları insanlara satdıqlarına dair sual da ünvanlayıb: “Mən yenidən benzin istifadə etməliyəm, marketə getməliyəm ki, niyə saxta mal satdıqlarını və vaxtımı aldıqlarını soruşum?”.

 

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*