Azərbaycanda tikinti materialları istehsalında 80 faiz artım varbackend

Azərbaycanda tikinti materialları istehsalında 80 faiz artım var

Ötən il Azərbaycanda tikinti materiallarının istehsalı 871,8 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 80,6 faiz artım deməkdir.

KONKRET.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, bütün növ tikinti materiallarının istehsalında artım olub.

Belə ki, 2021-ci ildə odadavamlı kərpiclər, bloklar, tavalar və oxşar saxsı tikinti m əhsullarının istehsal 8,6 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 74,3 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,2 faiz, emal edilmiş mərmər travertin, alebastr və onlardan m əmulatların istehsalı 56,8 faiz, tikinti gipsinin istehsalı 47,9 faiz, tikinti kərpicinin istehsalı 57,3 faiz, sementin istehsalı 6,3 faiz, tikinti əhənginin istehsalı isə 4,4 faiz artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*