Azərbaycanda vergi sistemində süni intellektin tətbiqi planlaşdırılır – FOTObackend

Azərbaycanda vergi sistemində süni intellektin tətbiqi planlaşdırılır - FOTO

“Yaxın gələcəkdə vergi sistemində süni intellektin tətbiq edilməsi istiqamətində müvafiq danışıqlar aparılır”.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin media nümayəndələri üçün keçirilən təlimdə qurumun Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev deyib.

O bildirib ki, vergi sistemində elektron xidmətlərin keyfiyyətini təmin etmək və təhlükəsizliyi artırmaq məqsədilə bu istiqamətdə danışıqlar aparılır:

“Süni intellektlə bağlı məsələ, eləcə də elektron auditin tətbiqi, antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın artırılması, daxili və ictimai nəzarətin gücləndirilməsi Dövlət Vergi Xidmətinin perspektivləri sırasındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*