Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir? – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA

Bu il başlayandan ölkə ərazisində bir neçə zəif yeraltı təkanlar qeydə alınıb.

Hazırda Azərbaycanda seysmoloji vəziyyət necədir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir.

O bildirib ki, hər gün yeraltı təkanlar olur ki, onların çoxu hiss edilmir.

“Bu gün 50-yə yaxın yeraltı təkan qeydə alınıb. Lakin onların heç biri hiss edilməyib. Bütün bunlar təbii proseslərdir. Azərbaycanda qeydə alınmış yeraltı təkanlar seysmoaktiv region üçün fon səviyyəsində olan xarakterik təkanlardır. Narahatlığa heç bir əsas yoxdur. Respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*