Zəlzələnin episentri Lənkəranda olub.
Bu barədə KONKRET.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Xəbərə görə, yerli vaxtla saat 17 radələrində Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və ətraf yaxın rayonlarda 3 bal gücündə hiss olunub.
