Azərbaycanda zəncirvarı QƏZA: ÖLƏN VAR-VİDEO- YENİLƏNİBbackend

Azərbaycanda zəncirvarı QƏZA: ÖLƏN VAR-VİDEO- YENİLƏNİB

Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.

KONKRET.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev açıqlamasında bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb:
“Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.
Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır”.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
/qafqazinfo/

***

09:44
Bakı-Ələt-Qazax magistral yolunda onlarla avtomobilin iştirakı ilə yol qəzası olub.

KONKRET.az xəbər verir ki, hadisə magistral yolun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yolların buz bağlaması səbəbindən 30-ya yaxın avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Xatırladaq ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı ilə barədə xəbərdarlıq edib.

Beləliklə, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti yollarda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*