“Azərbaycanfilm”in direktoru işdən çıxdı – YENİ TƏYİNAT + YENİLƏNİBbackend

“Azərbaycanfilm”in direktoru işdən çıxdı - YENİ TƏYİNAT + YENİLƏNİB

15:15

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə F.Əhmədov özü bildirib.

Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən ayrılıb.

F.Əhmədov fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.

Qeyd edək ki, Fariz Asif oğlu Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.

 

***

Mədəniyyət naziri Anar Kərimovun əmri ilə kinostudiyaya yeni direktor təyin olunub. Bu vəzifəyə Nazim Hüseynov təyinat alıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*