Azərbaycanın 50 manatlıq pul nişanı ən mükəmməl banknot kimi FİNALA ÇIXDIbackend

Azərbaycanın 50 manatlıq pul nişanı ən mükəmməl banknot kimi FİNALA ÇIXDI

Yenilənmiş 50 manatlıq pul nişanı “2022-ci ilin ən mükəmməl yeni pul nişanı” nominasiyası üzrə müsabiqədə finala çıxıb.
KONKRET.az xəbər verir ki, ABŞ-ın tanınmış “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) tərəfindən “2022-ci ilin ən mükəmməl yeni pul nişanı” nominasiyası üzrə beynəlxalq müsabiqə keçirilib və bu müsabiqəyə dünya ölkələrinin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi bankları tərəfindən 2021-ci ildə tədavülə buraxılmış pul nişanları cəlb edilib.
Müsabiqə nəticəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən 2021-ci ilin əvvəlindən yenilənərək tədavülə buraxılmış 50 manatlıq pul nişanı 2022-ci ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilib.
Bundan əvvəl yeni 50 manatlıq pul nişanı 2021-ci ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda “Ən təhlükəsiz mühafizə sisteminə malik banknot” nominasiyası üzrə qalib seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*