Azərbaycanın daha bir güləşçisi Avropa çempionu oldubackend

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

KONKRET.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində yer alan idmançı rumıniyalı Kristian Biro ilə qarşılaşıb.

Rəqibinə 8:1 hesabı ilə qalib gələn Hacıyev qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) Avropa çempionu olub, Tofiq Əliyev (57 kq) bürünc medala sahib çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*