Azərbaycanın içki ixracından gəliri 21 % azaldıbackend

Azərbaycanın içki ixracından gəliri 21 % azaldı

Bu ilin yanvar-mart aylarında Azərbaycan 3,414 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) KONKRET.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 917 min dollar və yaxud təxminən 21,2 % azdır.

Hesabat dövründə içki ixracından gəlir ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.

I rübdə Azərbaycana idxal edilmiş içki və spirtin dəyəri isə 13,305 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 87 min dollar və yaxud 0,65 % azdır.

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,5 %-ni təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*