Azərbaycanın prinsipial mövqeyindən geri çəkilməyəcək – Şərhbackend

Azərbaycanın prinsipial mövqeyindən geri çəkilməyəcək - Şərh

Fransanın Minsk Qrupunun həmsədri kimi fəaliyyətinə son qoyulması labüddür. Noyabrın 25-də senatda qondarma rejimin tanınması ilə bağlı qəbul edilən qətnamə beynəlxalq hüquq normalarının pozulmasıdır. BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə kobudcasına hörmətsizlikdir. Təcavüzkara, terrora, soyqırımına, dinc əhaliyə qarşı amansızlığa göz yummaq, dəstək vermək deməkdir.

KONKRET.az xəbər verir ki, bunu teleqraf.com-a millət vəkli Naqif Həmzəyev deyib.

Millət vəkilinə görə, Fransa Senatının mövqeyi faşizm ideologiyalı Ermənistana dəstəkdir:

“İkili standartlar, beynəlxalq təşkilatlar tərəfindən hər hansı bir sanksiya tətbiq olunmaması işğalçı ölkəni daha da azğınlaşdırdı. Ermənistan-Azərbaycan münaqişəsinin 30 il uzanmasına səbəb oldu. Fransa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə işğalçı tərəfə təsir göstərmədi. Məsələyə laqeyd münasibət bəsləməklə sülhün bərqərar olmasında maraqlı olmadığı bilindi. Eyni zamanda noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanatdan sonra Fransa daha da narahat oldu. Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsinə qərəzli münasibət sərgilədi. İşğalçı Ermənistana dəstək olduğunu bildirdi. Fransa Azərbaycanın beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınmasını belə görməzlikdən gəldi”.

Naqif Həmzəyev Fransa Senatının qəbul etdiyi qətnamədə Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittihamların əsasının olmadığını söylədi:

“Fransa Senatı utanmadan münaqişə bölgəsindən uzaqda yerləşən əraziləri vuran, hərbi təxribatlar törədən Ermənistanı qınamaq əvəzinə, Azərbaycanı günahlandırdı. Bunların fonunda isə müzəffər Ordumuz Ermənistanı kapitulyasiyaya məcbur etdi. Zəfərin qarşısında senatın işğalçı ölkəni müdafiə etməyə cəhd göstərməsi gülüncdür. Ermənistana havadarlıq edənlər bilməlidir ki, Azərbaycanın prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*