Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında final görüşünə çıxıb.
KONKRET.az xəbər verir ki, 55 kq çəki dərəcəsində rəqib rumıniyalı Andreya Beatris Ana olub.
Rəqibinə 0:12 hesabı ilə uduzan Məmmədova gümüş medalla kifayətlənib.
50 kq-da yer alan Şəhanə Nəzərova isə bürünc medal görüşündə almaniyalı Liza Erselə uduzaraq (8:9) 5-ci yeri tutub./Report
