Azərbaycanın Xarkovdakı konsulluğunun binası hava hücumuna MƏRUZ QALDI – FOTObackend

Azərbaycanın Xarkovdakı konsulluğunun binası hava hücumuna MƏRUZ QALDI - FOTO

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası əraziyə endirilən hava zərbələri nəticəsində ciddi dağıntılara məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb. Hadisə axşam saatlarında baş verib. Hücum nəticəsində binaya ciddi ziyan dəyib. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

Hadisə zamanı konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb. Onlar hazırda təhlükəsiz yerdədirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*