Azərbaycanlı aktrisaya hücum edən şəxs saxlanıldı: “Pul istəyirmiş” – VİDEObackend

Azərbaycanlı aktrisaya hücum edən şəxs saxlanıldı: "Pul istəyirmiş" - VİDEO

Aktrisa Nərgiz Əliyevaya hücum edən şəxs saxlanılıb.

KONKRET.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov “qafqazinfo”ya bildirib ki, saxlanılan şəxs 1971-ci il təvəllüdlü, əvvəllər oğurluğa görə məhkum olunmuş Sedov Vadim Vyaçeslavoviçdir.

 

Bakıda aktrisa onu döymək istəyən kişini kameraya çəkdi – Yumruqla bir neçə dəfə … – VİDEO

 

Artıq həmin şəxsin izahatı alınıb və onun əməli xırda xuliqanlıq kimi dəyərləndirilərək məhkəməyə müvafiq təqdimat göndərilib. V.Vyaçeslavoviç polisə izahatında N.Əliyevanın avtomobilinə pul almaq məqsədilə yaxınlaşdığını bildirib.

Qeyd edək ki, hadisə noyabrın 27-də saat 17:00 radələrində paytaxtın “Tarqovı” adlanan ərazisində baş verib. Aktrisanın sözlərinə görə, o, avtomobilində tıxacda olarkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*