Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi, sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.
KONKRET.az xəbər verir ki, report Afaq Həmidova ilə bugün əlaqə yarada bilib.
O qeyd edib ki, sağ-salamatdırlar, şəhəri tərk etmək üçün yaşıl dəhlizi gözləyirlər.
“Mariupolda demək olar ki cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər blokadadır, artilleriya atəşi isə davam edir”, – A. Həmidova bildirib.
