Türkiyədə azərbaycanlı həkim faciəli şəkildə ölüb.
KONKRET.az xəbər verir ki, uzman həkim Elnur Rufullayevi işdən çıxan vaxt maşın vurub.
Nəticədə o, dünyasını dəyişib.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı. (Qafqazinfo)
