Kanadanın “Arton Capital” konsaltinq şirkəti dünya pasportlarının reytinq cədvəlini dərc edib.
KONKRET.az xəbər verir ki, reytinqdə Azərbaycan 61-ci yerdə qərarlaşıb. Respublika vətəndaşları 37 ölkəyə vizasız gedə bilər, daha 46 ölkədə vizanı gəldikdən sonra ala bilərlər. 115 ölkədə isə viza əvvəlcədən tələb olunacaq.
Reytinqin lideri BƏƏ pasportu olub ki, onun sahibləri 132 ölkəyə vizasız gedə bilirlər.
İkinci yeri Almaniya, İspaniya, Fransa, İtaliya və Hollandiya bölüşüb. Onların vətəndaşları 20 ölkəyə səfər etmək üçün əvvəlcədən viza almalıdırlar. Üçüncü yerdə İsveç, Finlandiya, İsveçrə, Avstriya və Lüksemburqdur. Onlardan 21 ölkədə məcburi viza tələb olunur.
Burhan,
KONKRET.az
