Dünyada neft və qazın qiymətinin sürətlə bahalaşması və ABŞ-ın idxal edilən enerji daşıyıcılarından asılı olması amerikalılar tərəfindən birmənalı qarşılanmır. Məsələn, Alyaskadakı zəngin neft-qaz yataqlarının istismara verilməməsinin səbəbini əksər amerikalılar anlaya bilmir. Böyük narazılığa səbəb olan bu məsələ amerikalı satiriklərin də diqqətindən qaçmayıb.
ABŞ-ın məşhur satira ustası Cen Psaki Baydenin Alyaskanı Rusiyaya geri satmaq barədə qərara gəldiyini qələmə alıb. “Bu, təkcə ABŞ-da enerji böhranının deyil, həm də Amerika torpağında yeni neft quyuların qazılmasının qarşısını alacaq”.
KONKRET.az xəbər verir ki, bunu dünyaca məşhur “Bablyon Bee” adlı satirik sayt yazır. “İndi hər şeyi Rusiyanın üzərinə atmaq olar”, – deyə sayt Baydeni ələ salmaqda davam edir. ”Amansız diktator Vladimir Putin Ukraynada qəddar əməliyyatına başladıqdan sonra ABŞ enerji müstəqilliyinə yenidən nəzər salıb. Beləcə, Bayden administrasiyası Alyaskanı Rusiyaya satmaqla artan neft ehtiyaclarını qarşılamaq üçün mühüm bir addım atıb. Əks təqdirdə Alyaskada neft- qazma işləri heç vaxt başlamayacaqdı.
“Buyurun, uşaqlar, biz Amerikanın bakirə təbiətini yük maşınları və qazma qurğuları ilə pozmaq istəmirik!” Bunu prezident Bayden Ağ Evin qərb divarında məskən salmış otaq bitkisindən gələn suala cavabında deyib: “Ancaq Rusiya neftinə qarşı mənim heç bir alternativim olmayıb. Ona görə də bu işdə onlara uğurlar arzulayıram”.
Bayden bununla təkcə enerji böhranının deyil, həm də Amerika torpağında ekoloji tarazlığı pozacaq yeni quyuların qazılmasının qarşısını alacaq parlaq qərar verib. O, jurnalistlərə qısa şəkildə bildirib ki: “Görürsünüz, ora artıq Amerika deyil, rus torpağıdır”.
Bayden, dostlarına və qohumlarına nüfuzlu Rusiya neft şirkətlərinin idarə heyətində vəzifə verməyə imkan tapmamış, Alyaskanı tələsik satdığına görə hər iki partiya tərəfindən ciddi tənqidlərə məruz qalıb. Çünki Alyaskanın satışı və qazma icazələri üçün danışıqlar aparanlar konqresmenlərin və siyasətçilərin övladları deyil, Co Baydenin qohum-əqrəbası olduğu üzə çıxıb”.
KONKRET.az.
