Azərbaycan və Özbəkistan xalqlarının dostluğu, qardaşlığı hər gün daha da möhkəmlənir.
KONKRET.az xəbər verir ki, bunu Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Bakıda təşkil edilən “Özbəkistan qida həftəsi” (Uzbekistan Food Week) festivalı çərçivəsində çıxışı zamanı deyib.
Səfirin sözlərinə görə, ölkələrimiz arasında humanitar və mədəni sahələrdə əlaqələr getdikcə güclənir.
Diplomat bildirib ki, ölkələrimiz arasındakı tarixi bağlar dərin keçmişə dayanır, dilimiz və mədəniyyətimiz bir-biri ilə sıx bağlıdır: “Heç şübhə etmirəm ki, xalqlarımızın sosiallaşması üçün mədəni sferada təşkil edilən tədbirlər xüsusi rol oynayır. Keçən ildən etibarən Azərbaycanda Özbəkistan mədəniyyətini və mətbəxini özündə əks etdirən “Özbəkistan qida həftəsi” festivalının keçirilməsinə başlanılıb. Bu tip tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında oynadığı rolu nəzərə alaraq, daha geniş miqyas alması və davamlı olması üçün bundan sonra da çalışacağıq”, – deyə səfir əlavə edib.//Apa