Bakı-Quba yolunda iki avtomobil toqquşdu – VİDEObackend

Bakı-Quba yolunda iki avtomobil toqquşdu - VİDEO

Bakı-Quba yolunda iki avtomobil toqquşub.

KONKRET.az-ın məlumatına görə, qəzanın videogörüntüləri sosial şəbəkədə paylaşılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb edilib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza bu gün saat 13:30 radələrində sözügedən yolun 96-cı km-də qeydə alınıb.

“Belə ki, BMW markalı 77-PX-673 dövlət nömrə nişanlı avtomobil ilə “Hyundai” markalı avtomobil toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*