Bakı-Tbilisi sərnişin qatarlarının hərəkəti bərpa olunur?backend

Bakı-Tbilisi sərnişin qatarlarının hərəkəti bərpa olunur?

Gürcüstan Azərbaycanla dəmir yolu vasitəsilə sərnişin daşımalarının bərpası istiqamətində danışıqları davam etdirir.

KONKRET.az xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru David Peradze “Forbes” jurnalına müsahibəsində bildirib.

O deyib ki, Bakı və Tbilisi arasında qatar reyslərinin bərpasının dəqiq vaxtı daha sonra açıqlanacaq.

Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. 2021-ci ildə Gürcüstan dəmir yolu ilə sərnişin daşımalarını yalnız Ermənistan istiqamətində bərpa edib./report/

  • Nara
    Mart 4, 2022 - 13:01

    Axri acilib qatarlar?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*