Bakıda 10-cu sinif şagirdi məktəbdə intihar edib? – AÇIQLAMAbackend

Bakıda 10-cu sinif şagirdi məktəbdə intihar edib? - AÇIQLAMA

Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Hadisə nəticəsində şagirdin qaşı partlayıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.

3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub.

Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*