Bakıda 2 nəfəri maşın vurub öldürdübackend

Bakıda 2 nəfəri maşın vurub öldürdü

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

KONKRET.az xəbər verir ki, hadisələrdən biri Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK yolu adlanan yerdə qeydə alınıb.

2002-ci il təvəllüdlü Vüsal Piriyev idarə etdiyi “BYD” markalı 90-VA-419 dövlət qeydiyyat nişanlı avtomaşın ilə piyada 1968-ci il təvəllüdlü Kərəm Fərzəliyevi vurub. K.Fərzəliyev Kliniki Tibbi Mərkəzdə ölüb.

Digər yol-nəqliyyat hadisəsi isə Pirallahı-Qala yolunda qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Azər İsmayılov “Ford Transit” markalı avtomobillə Qala qəsəbəi ərizisində hərəkətdə olarkən yolu keçən velosipedçi, 1979-cu il təvəllüdlü Əbilov Daməd Mirələm oğlunu vuraraq öldürüb.

Hər iki faktla bağlı cinayət işi başlanaraq istintaq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*