Bakıda avtobus piyadanı vurdu, vəziyyəti ağırdırbackend

Bakıda avtobus piyadanı vurdu, vəziyyəti ağırdır

Bakının Sabunçu rayonunda yol qəzasında 1 nəfər ağır xəsarət alıb.

KONKRET.AZ xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

172 saylı xətt marşrutu üzrə hərəkət sərnişin avtobusu yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Abbasov Ülvi Elxan oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Ü.Abbasova qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*