Bakıda avtomobil qəza zamanı işıqfora çırpıldıbackend

Bakıda avtomobil qəza zamanı işıqfora çırpıldı

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, Atatürk prospektində iki avtomobil toqquşub.

İşıqforla tənzimlənən dördyol ayırıcında iki “Toyota” markalı avtomobil toqquşub. Nəqliyyat vasitəlırindən biri idaretmədən çıxaraq işıqfora çırpılıb.

Zərbənin gücündən işıqfor aşıb.

Qəza nəticəsində işıqfora çırpılan avtomobildə bir sərnişin xəsarət alıb.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*