Bakıda avtomobil yandı – VİDEObackend

Bakıda avtomobil yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “AzSamand” markalı minik avtomobilinin mühərriki və elektrik lövhəsinin yanar hissələri qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*