Bakıda bir nəfərin 15 min manatı dələduzluq yolu ilə ələ keçirildibackend

Bakıda bir nəfərin 15 min manatı dələduzluq yolu ilə ələ keçirildi

Bakının Nəsimi rayonu ərazisində bir nəfərin 15 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Səmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*