Bakıda idman motosikleti ağır qəzaya DÜŞDÜ – ÖLƏN VARbackend

Bakıda idman motosikleti ağır qəzaya DÜŞDÜ - ÖLƏN VAR

Bakıda yüksək sürətlə hərəkət edən motosiklet ağır qəzaya düşüb.

KONKRET.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində – “Sədərək” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Əliyev Rüfət Şəfahət oğlunun idarə etdiyi “Honda” markalı idman motosikleti 1982-ci il təvəllüdlü İ.Ağamalıyevanın sürdüyü “Toyota RAV 4” markalı avtmobilə çırpılıb.

Nəticədə motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bildirilir ki, motosiklet hadisə vaxtı yüksək sürətlə hərəkət edirmiş.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*