Ali təhsil müəssislərində dərslərin başlamasına az müddət qalıb. Ölkənin müxtəlif bölgələrində yaşayan tələbələr kirayə mənzil axtarışı ilə paytaxta üz tutublar.
KONKRET.az Baku.ws-ə istinadən xəbər verir ki, tələbat çox olsa da, uyğun qiymətə mənzil tapmaq heç də asan deyil.
Bakının bəlli rayonlarında avqust-sentyabr aylarında kirayə mənzillərin qiyməti bahalaşıb. Bahalaşma əsasən tələbə axını ilə əlaqəlidir və 20-30 faiz civarındadır.
Hazırda universitetlərə yaxın rayonlar üzrə qiymətlər belədir:
Yasamal rayonunda 2-3 otaqlı və əşyalarla birlikdə kirayə evlər 400-650 manat arasında dəyişir. Bu evləri bir neçə tələbə kirayə götürərkən onlara qiymət 100-200 manat arasında başa gəlir. Nərimanov rayonunda isə 2-3 otaqlı evlərin qiyməti 550-750 manat arasında dəyişir.
Bakıdan kənarda isə kirayə evləri 2 dəfə ucuz qiymətə tapmaq mümkündür.
Qeyd edək ki, ötən illə müqayisədə kirayə evlərin qiymətində 50-100 manat bahalaşma qeydə alınıb.
