Bakıda küləyin sürəti artıb – Faktiki havabackend

Bakıda küləyin sürəti artıb - Faktiki hava

Ölkədə şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 12:00-a olan məlumata əsasən küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27-32 m/s, Daşkəsəndə 25 m/s, Naftalanda 22 m/s, Şamaxı, Qobustan, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Şabranda 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Aran rayonlarında 13°-dək isti, Naxçıvan Muxtar Respublikasında 3°-dək isti, dağlıq rayonlarda 3-7° isti qeydə alınıb.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti yanvarın 17-si axşamadək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*