Bakıda mebel sexindəki yanğın söndürüldü – YENİLƏNİBbackend

Bakıda mebel sexindəki yanğın söndürüldü - YENİLƏNİB

Bakının Keşlə qəsəbəsindəki mebel sexində baş verən yanğın söndürülüb.

KONKRET.az xəbər verir ki, yanğın nəticəsində mebel sexinin yanar konstruksiyaları yanıb.

23:52 – 05.04.2022

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bu barədə KONKRET.az FHN-ə istinadən xəbər verir.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

23:52 – 05.04.2022

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində mebel sexində yanğın olması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*