Bakıda Pasxa münasibətilə tədbir keçirildibackend

Bakıda Pasxa münasibətilə tədbir keçirildi

Bakı Lüteranlar Kilsəsində Pasxa bayramı münasibətilə tədbir keçirilib.

KONKRET.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ölkənin xristian icmalarını bayram münasibətilə təbrik edib.

“Dini icmalar arasında sülhü qoruyub saxlamaq əsas vəzifələrimizdən biridir. Bildiyiniz kimi, Azərbaycanda bütün dinlərə münasibət tolerantdır, hər bir vətəndaş dini etiqadını seçməkdə sərbəstdir”, – deyən komitə rəsmisi Birinci və İkinci Qarabağ müharibələri zamanı da müxtəlif dinlərin nümayəndələrinin Vətənin müdafiəsinə qalxdıqlarını, bir çoxlarının da şəhid olduğunu xatırladıb.

Tədbirdə, həmçinin xristian icmaların rəhbərləri Pasxa bayramı münasibətilə təbriklərini çatdırıblar. Onlar bu günlərdə Hadruta səfərdən təəssüratlarını da bölüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*