Bakıda qaz sayğacını sındıran gənclər müəyyən olundularbackend

Bakıda qaz sayğacını sındıran gənclər müəyyən olundular

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova ünvanına aid qaz sayğacına səbəbsiz yerə, qəsdən zərər verən şəxslər müəyyən olunublar.

KONKRET.az xəbər verir ki, bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti verib.

“Sosial şəbəkələrdə üç yeniyetmənin Sabunçu rayonu ərazisində qaz sayğacını zədələməsilə bağlı görüntülər araşdırılıb.

Həmin şəxslər müəyyən olunaraq polis orqanına dəvət ediliblər. Onlar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb”, – deyə məlumatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*